29 Oktyabr 2018 16:13
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti layihə mənim üçün hər hansısa sıradan və hər zamankı halloweenlərdən deyil. Bu, mənim üçün hər zaman uzaq və bir an içində doğmalaşan nəyəsə toxunmaq şansıdır. O şeyi ki, hec kim görmür, heç kim hiss etmir, heç kim eşitmir. Halbuki o, hər zaman var və bizim yanımızdadır.

Bunu Teleqraf.com-a epilepsiya xəstələrinə dəstək layihə çərçivəsində müğənni Eldar Qasımov deyib.

Onun sözlərinə görə, bir vaxtlar Hippokrat bunu müqəddəs xəstəlik adlandırmışdır: “Mənim üçün bu xəstəliyi olan insanlar çox fərqlidirlər. Mülayim və qəddar, şad və qüssəli, pissimist və ya optimist, bütün bunlara baxmayaraq çox özünəməxsusdurlar... Onların gündüzləri və axşamları çox fərqlidir. Yüksəlişləri və enişləri olur. Biz hər zaman onları hiss edirik və yanında oluruq. Bu insanlara lazım olan şey onların yanında olmaqdır.

Öyrəndim ki, mənim dostumda epilepsiya var. Ancaq bu, heç bir şeyi dəyişmədi. Biz yenə həmişəki kimi kinoya gedirik, saatlarla telefonda danışırıq, bir-birimizin evində qonaq oluruq, küsüb barışırıq, bir yerdə çalışırıq. Heç bir şey dəyişməyib, dəyişən yeganə şey gündəlik qəbul olunan dərman və azadlıq hissinin itməsidir.

Xəstəlik sizə məxsusdur, siz xəstəliyə deyil. Əgər siz öz arzularınız üçün mübarizə aparıb, əldə olunan ən xırda uğuru dəyərləndirməyi bacarırsınızsa, istənilən tutmalara qalib gəlmək olar. Əsas odur ki, bu cür xüsusi insanların yanında qalan hər zaman həqiqi və doğru insanlar olsun”.

Müğənni deyib ki, mən istəyirəm bizim cəmiyyətdə epilepsiya xəstəliyindən əziyyət çəkən insanlar tək olmadıqlarını bilsinlər: “Onlar bilsinlər ki, biz doğru və düzgün insanlarıq. Bizə güvənə bilərlər. Onları fərqləndirən bu vəziyyət haqqında açıq və utanmadan danışa bilərlər. Epilepsiya xəstəliyi ilə mübarizə inanılmaz güc və bacarıqdır. Niyə? Çünki bu insanlar hər bir şeyi daha dərindən başa düşür, hər şeyi daha çox qiymətləndirirlər, tez kövrəlirlər, böyük ümidlərlə gələcəyə baxırlar, daha açıq sevirlər və bütün hissləri daha ehtiraslı yaşayırlar. Məhz budur onların inanılmaz gücü... O güc bizdə yoxdur”.


Müəllif: Aytən

Oxşar xəbərlər