Mərhum şair Eyvaz Qurbanovun ( Yetim Eyvaz ) oğlu, müğənni Aqşin Qurbanov sosial şəbəkədə ona yazılan tənqidlərdən təngə gəldiyini deyib.
Teleqraf.com-a açıqlamasında mərhumun oğlu ona tənqid yazanlara xəbərdarlıq ünvanlayıb: “Üzümü tuturam saytda və yutubda mənim videolarım altından pis şərhlər yazan insanlara. Kim nə bilir ki, siz nəsiz və kimsiz? Valideynləriniz sizi ekspertdən çıxarsa, o zaman biləcəklər kimsiz. Mənim atama heyfiniz gəlir? Gərək vaxtında onu göndərərdim ananızın, bacınızın yanına. Görürəm ki, onun ölümü məndən çox sizə təsir edir.
Məni başına dəsmal, ədyal qoyan, balağını, saçını yuxarı qaldıran qaqaşlarla səhv salmayın. Qulaqlarınızı yerindən çıxararam, başınızı da keçəl edərəm. Mənimlə söhbəti olan varsa, gəlsin söhbət edək, ona hər şeyi başa salaram.
Ağıllı olun, bir də mənim videolarımın altına pis-pis şərhlər yazmayın. Belə şərh yazan idinizsə, mən “Azərbaycanın səsi” müsabiqəsində mahnı oxuyanda yazardız. Ancaq pis şeyləri yazırsız”.
Xatırladaq ki, Aqşin Qurbanov “ATV”-də keçirilən “Azərbaycanın səsi” müsabiqəsində 3-cü yeri qazanmışdı.
Qeyd edək ki, Yetim Eyvaz 2017-ci ilin iyul ayında dünyasını dəyişib.