İki həftə öncə Bakıda dünyasını dəyişən mərhum alim-cərrah Cavad Heyət Ankaranın ardından ABŞ-ın Kaliforniya ştatında da anılacaq.
Teleqraf.com xəbər verir ki, bu haqda məlumatı mərhumun qızı Maral Heyət özünün rəsmi “feysbuk” səhifəsində yazıb. Mərhumun qızı bildirib ki, görkəmli alimin anma mərasimi Kaliforniyadakı Azərbaycan Mədəniyyət Cəmiyyəti təşkil olunub.
Maral Heyət həmçinin təşkilatı dəstəyə görə Həmid Əhmədiyə də təşəkkürünü bildirir.