2 Dekabr 2018 13:57
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anemiya bədəninizin kifayət qədər qırmızı qan heceyrəsi almadığı bir vəziyyətdir. Qırmızı qan hüceyrələri bədənimizə oksigeni gətirib, karbonu aparmağa məsuldur. Əgər bu proses düzgün getməzsə, karbondan zəhərlənmiş oluruq.

Teleqraf.com xəbər verir ki, bədənimiz kifayət qədər oksigen almazsa və az sayda qırmızı qan hüceyrəsi keçirərsə, dərinin rəngi dəyişər və solğun görsənər. Bu da sadəcə üzünüzə deyil, bütün bədəninizə yayılar.
Aşağı səviyyəli hemoqlobin ürəyin qan vurmasını çətinləşdirər. Bu zaman ürək çətinə düşdüyü üçün tez-tez vurmağa və nizamsız atmağa başlaya bilər.

Orqanlarımız yetərincə oksigen almazsa, bədənimiz enerji də toplaya bilməz və bu da yorğun hiss etməyinizə səbəb olar.

Çox insanda külək, günəş, soyuq və isti səbəbi ilə dodaqlar çatlayır. Amma anemiya sadəcə dodaqların kənarına təsir edir.

Əlbəttə ki, beyin də oksigen alan orqandır, amma oksigen səviyyəsi ehtiyacınız olandan daha aşağı olarsa, fikrinizi bir yerə toplayıb düşünə bilməzsiniz.

Dırnaqlarınız qırılırsa və ya qaşıq şəklinə düşübsə, bu, anemiya əlaməti ola bilər.

Mütəxəssislər qeyd edir ki, belə adamlar ağlasığmaz şeylərə xüsusi bir istək duyurlar. Ən çox yayılan vəziyyət təbaşir, kir və ya buza olan istəkdir. Amma bunun səbəbi haqqında hələ ki bir açıqlama verə bilmirlər.


Müəllif: Aytən

Oxşar xəbərlər