Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan Teleqraf.com-a bildiriblər ki, Qətərin daşınmaz əmlak sahəsində fəaliyyət göstərən "Qatar Diar" şirkəti Azərbaycanda fəaliyyət göstərən sahibkarlara və iş adamlarına əməkdaşlıq təklif edir.
Şirkətdən AZPROMO-ya bu istiqamətlərdə əməkdaşlıq təklifləri daxil olub: Azərbaycanda özəl sektorda mövcud olan və xarici investisiya tələb edən daşınmaz əmlak layihələri; ölkəmizin dövlət və özəl tikinti şirkətlərinin "Qatar Diar" tərəfindən Qətər Dövlətində həyata keçirilən layihələrdə iştirakı.
Əməkdaşlıqda maraqlı olan sahibkarlar AZPROMO-ya müraciət edə bilərlər.