13 Dekabr 2018 17:44
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın xarici işlər nazirinin müavini Emiliya Kralyova Azərbaycana səfər edəcək.

Bu barədə Teleqraf.com-a Bolqarıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Nazir müavini dekabrın 14-də Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edəcək.

Qeyd edək ki, gələn ilin yanvar ayından etibarən Təşkilata sədrlik Bolqarıstana keçəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər