17 Dekabr 2018 11:15
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici ticarət fəaliyyəti ilə məşğul olan hər bir şəxs gömrük sərhədindən keçirəcəyi mal və nəqliyyat vasitələribarədə məlumatları gömrük orqanlarına daha rahat göndərə bilər.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələr–idxal və ixrac daxil olmaqla, yalnız elektron formada aparılır. Elektron bəyannamə gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və əlavə vaxt itkisinin qarşısının alınması üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, sahibkar elektron bəyannaməni internetə çıxışı olan istənilən məkandan elektron hökumət portalı (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin saytı (www.customs.gov.az) vasitəsilə tərtib edib, gömrük orqanına göndərə bilər.

Daha ətraflı məlumat DGK-nın hazırladığı maarifləndirici videoçarxda:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər