Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı fərmanla Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində yaradılmış “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin icrası müvəqqəti olaraq nazirliyin aparat rəhbəri Aqil Quliyevə tapşırılıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə KTN-nin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov bildirib.
Qeyd edək ki, Aqil Quliyev bu ilin sentyabr ayından aparat rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl isə o, nazirliyin daxili nəzarət və audit şöbəsinin müdiri olub.
“Aqrar Tədarük və Təchizat” ASC ləğv edilmiş “Ərzaq məhsullarının təchizatı və tədarükü” ASC-nin hüquqi varisidir. Bu qurumun rəhbəri Əbülfət Qocayev olub.