24 Dekabr 2018 09:57
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin küçə və prospektlərində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən kompleks tədbirlər davam etdirilir.

Agentlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirlərə uyğun olaraq Bakıxanov, Ceyhun Hacıbəyli və Səxavət Quliyev küçələrinin kəsişməsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sisteminin ötürücülüyünün artırılması məqsədi ilə əlavə xətlərin çəkilişi işləri görülür.

Bu məqsədlə sözügedən ərazidə 130 metr uzunluğunda və 300 mm diametrində yeni borular qoyulub 11 ədəd yeni yağış barmaqlıqları quraşdırılacaq.

AAYDA rəhbərliyinin birbaşa nəzarəti altında aparılan kompleks tədbirlərin davamı olaraq Qaradağ, Abşeron, Yasamal, Nərimanov, Səbail, Nizami və Binəqədi rayonları ərazisində yerləşən küçə və prospektlərdə müxtəlif diametrlərə malik yeni yağış-kanalizasiya xəttinin çəkilməsi və xətt üzərinə yeni su qəbuledici barmaqlığın quraşdırılması da nəzərdə tutulub.

Ümumilikdə isə son 3 il ərzində yağıntılar zamanı yolun hərəkət hissəsinə yığılıb qalan yağış sularının kənarlaşdırılması üçün aparılan kompleks tədbirlər zamanı Bakı şəhərinin küçə və prospektlərinin zəruri olan hissələrində 10 km-ə yaxın yeni yağış-kanalizasiya xətləri çəkilib, əlavə yağış barmaqlıqları quraşdırılıb.


Müəllif: Aytən

Oxşar xəbərlər