17 Yanvar 2019 16:22
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində yaşayış yeri olmayan 70 yaşlı bir vətəndaşımız da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacağına yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov məlumat verib:

"Goranboy rayonu, Qızılhacılı kənd sakini 1949-cu il təvəllüdlü Muxtarov Məmməd İbrahim oğlu Bakıda müalicəsini bu gün bitirib və şəhərdə yaşayış yeri olmadığından, həmçinin hava şəraitini nəzərə alaraq sosial sığınacağa müraciət edib. O, təcili tibbi yardım maşını ilə sığınacağa gətirilib.

Hava şəraiti sabitləşəndən sonra Məmməd Muxtarov yaşadığı rayona yola salınacaq”.


Müəllif: Aytən