21 Yanvar 2019 10:22
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə yeni sədr təyin edilib.

Bununla bağlı qərar qurumun Müşahidə Şurasının (MŞ) iclasında qəbul edilib.

Qərara görə, Azər Əliyev ASA-nın yeni sədri təyin edilib. O, həm də “Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinin sədridir.

Qeyd edək ki, bu ildən ASA-nın idarə edilməsində dəyişiklik olacaq. Assosiyasiyanın üzvü olan sığorta şirkətlərinin rəhbərlərindən ibarət Müşahidə Şurasının formalaşdırılması, hər bir rəhbər şəxsin ASA-ya 1 il müddətində rəhbərlik edəcəyi gözlənilir../Report/

***

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir gətirilib.

Nazirin yeni müşaviri Mustafa Abbasbəyli yanvarın 21-dən öz vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov faktı təsdiqləyib.

Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa Abbasbəyli 2003-2018-ci illərdə Standard İnsurance, Standard İnsurance Georgia, Toyota Azərbaycan, Caspian European Club, Beyli Group kimi şirkət və qurumlarda rəhbər vəzifələrdə çalışıb. Hüquq üzrə fəlsəfə doktorudur. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifidir. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.


Müəllif: Teleqraf.com