23 Yanvar 2019 12:34
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) siyasi partiyaların 2018-ci il üzrə maliyyə hesabatlarını qəbul etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Artıq bir neçə partiya maliyyə hesabatını təqdim edib.

Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 46-sı 2017-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 9 partiya – Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası, hesabat verməyib. Həmin partiyalar barəsində hər hansı cəza tədbiri görülməyib.


Müəllif: Teleqraf.com