29 Avqust 2014 15:44
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadənin başçılığı altında geniştərkibli nümayəndə heyətinin Gürcüstana səfəri başlayıb.

Bu barədə məlumat verən deputat Siyavuş Novruzov bildirib ki, səhər saat 8-dən etibarən şeyxin görüşləri başlayıb:

“Artıq Gürcüstan patriarxı ilə görüş keçirilib. Bu dəqiqələrdə parlament sədri ilə də görüş baş tutacaq. Axşam Gürcüstan prezidenti Giorgi Margvelaşvili ilə də görüş olacaq. QMİ sədrini səfərdə Milli Məclisinin deputatları Eldar İbrahimov, Fəttah Heydərov, Hüseynbala Mirələmov,, Azərbaycan pravaslav kilsəsinin,yəhudi icmasının rəhbərləri və mən müşayiət edirəm. Səfər Azərbaycan Gürcüstan münasibətlərinə həsr olunub”.

/Qafqazinfo/


Müəllif: