29 Avqust 2014 15:49
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayon mərkəzindən 26 kilometr aralı, Kilvar kəndində meşə ərazisində 1 hektar sahədə kol-kos, quru ot və ağaclar yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürmə avtomobili, 15 yanğınsöndürən və 25 nəfər meşə təsərrüfatı işçisi cəlb olunub. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

İlhamə


Müəllif: