13 Fevral 2019 16:30
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu il üçün ölkəmizin şəhər və rayonlarında əmək yarmarkalarının təşkili üçün yerli icra hakimiyyətləri və işəgötürənlərlə əməkdaşlıq şəraitində hazırlıq işlərinə başlanıb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, yarmarkaların bu il ərzində respublikamızın 56 şəhər və rayonunda təşkili nəzərdə tutulur.

Əmək yarmarkaları zamanı idarə, müəssisə və təşkilatlarda olan vakant iş yerləri işaxtaran və işsiz vətəndaşlara təklif olunacaq, onlara peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər veriləcək.

Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunacaqlar.


Müəllif: Aytən

Oxşar xəbərlər