11 Mart 2019 14:24
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ədliyyə Akademiyasında Mətbuat Şurası ilə birgə “Probasiya xidmətinin yaradılması, qarşıda duran vəzifələr” mövzusunda maarifləndirici seminar keçirilib.

Teleqraf.com xəbər verir ki, seminarda Nazirliyin və MŞ-nin məsul şəxsləri, vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər, ASAN könüllüləri, SABAH qrupları və hüquq fakültəsinin tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov Ədliyyə Nazirliyinin fəaliyyətinin hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğunu, ictimai iştirakçılığa KİV-lə qarşılıqlı fəaliyyətə böyük önəm verdiyini vurğulayıb, onların nazirliyin maarifləndirmə işlərində fəal iştirakının əhəmiyyətini qeyd edib və seminarın məqsədlərindən danışıb.

Sonra Probasiya xidmətinin rəis müavini Musa Hümbətov məruzə ilə çıxış edərək, cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 fevral tarixli sərəncamı ilə yaradılmış Probasiya Xidmətinin fəaliyyəti barədə məlumat verib.

Tədbirdə Pobasiya Xidmətinin Elektron Monitorinq Mərkəzinin fasiləsiz fəaliyyəti ilə bağlı video-çarx nümayiş olunub, KİV nümayəndələri elektron nəzarət vasitələrinin imkanları və tətbiqi xüsusiyyətləri ilə tanış olublar.

Sonda Probasiya Xidmətinin yaranması və inkişafı, bu sahədə əldə olunan nailiyyətlər və xidmətin gələcək perspektivlərinə dair jurnalistlərin sualları cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər