15 Mart 2019 12:23
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, Baş nazir Novruz Məmmədov Milli Məclisdə çıxışa başlayıb.

Baş nazir deyib ki, onun çıxışı nəzərdə tutulmurmuş: “Mənim hesabat verməyim əvvəlcədən nəzərdə tutulmurdu. Ancaq indi sizin qarşınızda çıxış edib hesabat verməyim çox yaxşı hadisədir. Biz Novruz Bayramı ərəfəsini yaşayırıq. Bizim xalqımız bu bayrama çox bağlıdır. Mən də yaranan fürsətdən istifadə edərək, sizi təbrik edirəm. Eyni zamanda cənab Prezidentin rəhbərliyi altında ildən-ilə çiçəklənən Azərbaycanda sizə fəaliyyətinizdə uğurlar arzu edirəm”.


Müəllif: Cavad