30 Mart 2019 19:48
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərxalça” ASC İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə məxsus 3,8 hektar ərazidə inşa ediləcək Xalça Emalı Müəssisəsinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə açıq tender elan edib.

Tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 15-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 24-nə qədər “Azərxalça”ya (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi, 2) təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin Vidadi oğlu Xanlarovdur (telefon: (012) 465-66-58, daxili 123).

Təkliflərə aprelin 25-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı aşağı qiymət, yüksək keyfiyyət, ixtisas uyğunluğu, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, texniki imkanları və maliyyə vəziyyəti kimi meyarlar üstünlük veriləcək. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər