2 Sentyabr 2014 18:50
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Belçikanın Qadın Hüquqlarının qorunması dair Beynəlxalq Liqa təşkilatının “Qadın hüquqlarının qorunması məsələsinin Azərbaycan strateji imicinə təsiri” adlı layihəsini dəstəkləyir.

Teleqraf.com Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytına istinadan xəbər verir ki, layihə çərçivəsində sentyabrın 9-da Brüsseldə Avropa Parlamentində və sentyabrın 11-də Fransa Senatında qadın hüquqlarının qorunmasına dair hazırlanmış hesabatın təqdimatı keçiriləcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova adıçəkilən tədbirlərdə çıxış edəcək. Xanım sədr çıxışı zamanı qadınların hüquqlarının qorunması, məşğulluğun artırılması, qadın siyasətinin inkişafı və digər mövzularda Azərbaycanın müsbət təcrübəsi haqqında çıxış edəcək.

İlhamə


Müəllif: