"İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən "Gənclər kuboku: Aprel zəfəri” layihəsinin açılış mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, aprel şəhidlərinin xatirəsinə həsr olunan bu layihənin açılış mərasimində dövlət rəsmiləri, media nümayəndələri, idmançılar, Aprel qaziləri, ehtiyatda olan zabitlər, "İrəli” İB üzvləri iştirak edib.
Tədbirdə çıxışlardan sonra püşkatma mərasimi keçirilib. Təsadüfi püşkatma nəticəsində seçilən komandalar 6 aprel tarixindən etibarən layihəni əhatə edəcək futbol, voleybol, səmti müəyyənetmə, yüngül atletika, paintball, atıcılıq, velosiped idman növləri üzrə yarışacaqlar.
Əlavə edək ki, “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələcək idman çempionatıdır. Adıçəkilən layihədə 1000-dən artıq gənc iştirak edir.