3 Aprel 2019 14:53
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kiani 5 müsahibədən, imtahanlardan, psixoloji və İQ testlərindən uğurla keçərək Stokholm şəhəri Östermalm, Norrmalm və Kunqsholm birləşmiş bələdiyyəsində sosial şöbənin rəisi vəzifəsinə təyin olunub.

Bu barədə Teleqraf.com-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.

Leyla Kiani İsveçdə fəaliyyət göstərən Sosial-Demokrat Partiyasının fəal üzvlərindəndir. O, partiyanın xətti ilə bu il mayın 26-da İsveçdə keçiriləcək Avropa parlamentinə seçkilərdə seçki koordinatoru təyin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər