Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət sahələrində şəffaflığın təmin olunması və əhaliyə xidmət sahələrinə nəzarətin gücləndirilməsi istiqamətində aparılan işlər nazirliyin 142 - “Çağrı mərkəzi”nə şikayət xarakterli müraciətlərin kəskin şəkildə azalaraq minimuma enməsi ilə müşaiyət olunur.
Bu barədə Teleqraf.com-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, cari ilin avqust ayında 142- “Çağrı mərkəzi”nə daxil olan ümumilikdə 4534 müraciətdən 93,6 faizi (4245 müraciət) sorğu xarakteri daşıyıb. Sorğuların əksəriyyəti, yəni 61,5 faizi (2613 müraciət) isə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar işəgötürənlər tərəfindən daxil olub. Belə ki, yeni istifadəyə verilən bu sistemdən istifadə qaydaları ilə bağlı bütün sorğu xarakterli müraciətlərə nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən müvafiq izahatlar verilib.
“Çağrı mərkəzi”nə daxil olan ümumi müraciətlərin 1289-u sosial təminat növlərindən istifadə və müavinət, 187-si əlilliyin müəyyən edilməsi və reabilitasiya, 359-u məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma, 2699-u isə əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı ilə bağlı olub.
Naibə
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.