3 Sentyabr 2014 15:10
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzində "National Geographic Azərbaycan" jurnalının təqdimatına həsr olunan tədbir keçirilib.

Trend-in məlumatına görə, 60 milyondan çox oxucusu olan "National Geographic" jurnalı artıq sentyabr ayından Azərbaycan oxucularına doğma dilimizdə təqdim edilir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəstəyi ilə çap olunan "National Geographic Azərbaycan" ətraf mühitin qorunması və bu sahədə maarifləndirmə ilə yanaşı, ölkəmiz barədə, eləcə də Azərbaycan elmi və turizmi haqqında məlumatların yayılmasına da xidmət edəcək.

"Ətraf mühit problemləri bu gün millətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsi eyni məqsəd - təbiəti qorumaq istiqamətində birləşdirir. "National Geographic" jurnalı təbii fəlakətlər, qlobal istiləşmə, atmosferin çirklənməsi, müxtəlif fauna növlərinin məhvi təhlükəsi və digər ekoloji problemlər barədə daim məlumatlandırmaqla ətraf mühitin və planetimizin qorunmasına öz töhfəsini verir. Bu gün Azərbaycan bölgədə ekoloji təşəbbüslərə görə liderdir. İnanıram ki, Azərbaycan dilində yeni fəaliyyətə başlayan "National Geographic" jurnalı ölkəmizdə ekoloji məlumatdırma və maarifləndirmə istiqamətindəki işlərə mühüm töhfə verəcək", - deyə Leyla Əliyevanın müraciətində bildirilir.

Qeyd edək ki, "National Geographic Azərbaycan" jurnalı "Garant Holding" və ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin birgə layihəsi nəticəsində işıq üzü görüb. "Garant Holding"in İdarə Heyətinin sədri Anar Məmmədov dünyada böyük nüfuza sahib olan jurnalın Azərbaycana gətirilməsi və doğma dilimizdə nəşr edilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük rolu olduğunu qeyd edib və dərginin ölkəmizdə öz ətrafında geniş auditoriya toplayacağını deyib.


Müəllif:

Oxşar xəbərlər