17 Aprel 2019 11:54
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Açıq məhkəmə iclaslarını jurnalistlər sərbəst şəkildə izləyə bilər. Bakı Hərbi Məhkəməsində jurnalistləri belə proseslərə buraxmırsa, düz etmirlər".

Teleqraf.com xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, bununla bağlı həmin məhkəmə sədrləri ilə danışacaq.

Ramiz Rzayevin sözlərinə görə, məhkəmələr açıq keçirilir, heç kimə problem yaradıla bilməz: "Qapalı iclas olmur. Qanunvericliyə uyğun olaraq bəzi iclaslar, məsələn, dövlət təhlükəsizliyi ilə bağlı işlər istisnadır".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər