18 Aprel 2019 16:10
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Naqif Həmzəyev və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərinin 2-ci mərhələsini izləmək üçün sabah Kiyevə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edəcək.

Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər .


Müəllif: Cavad

Oxşar xəbərlər