“Qarabağ”ın futbolçusu Mahir Mədətovun atasının soyadı ilə yanaşı adından da imtina etdiyi üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, futbolçunun yeni şəxsiyyət vəsiqəsinin fotosu sosial şəbəkələrdə paylaşılıb.
Vəsiqədə onun atası Anarın əvəzinə babası Mahirin adı yazılıb.
Qeyd edək ki, bu yaxınlarda futbolçunun valideynlərinin qalmaqallı şəkildə ayrıldığına dair xəbərlər yayılıb. Atası Anar Mədətovun başqa qadınla ailə qurmasına Mahir Mədətov tərki verərək, İnstaqramdakı soyadını “Əmrəli” deyə dəyişmişdi.