13 May 2019 09:18
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna yeni bənd əlavə edilir.

Belə ki, qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Qanuna dəyişiklik Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər