"Azərişıq" ASC xəbərdarlıq etmədən bu gün saat 09:00-dan Bakının Nəsimi rayonunun Həsən Əliyev, Teymur Əliyev və Maqsud Əlizadə küçələrinin enerji təchizatını dayandırıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, fasilə bundan sonra hələ 2 saat davam edəcək.
“Həmin ərazidə yerləşən avadanlıqlara texniki baxış həyata keçirilir. Bu səbəbdən elektrik enerjisinin verilişində fasilə yaranıb", - deyə o, əlavə edib.
Qeyd edək ki, sözügedən küçələrdə bir sıra internet provayderləri yerləşir. Fasilə nəticəsində Bakının Yasamal, Nəsimi və Binəqədi rayonlarının, eləcə də Abşeron rayonunun ərazisində olan 1 500-dən artıq abunəçinin internet təchizatı dayandırılıb./Report/