Teleqraf.com dünyanın nüfuzlu ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - Tefeya və Kallistonun münasibətləri çalışdığınız işdə yeniliklər vəd edir. Müəyyən qrupun daxilindəki münasibətlər də yenilənə bilər.
Dostlar dəyişikliklərin mənbəyi olacaq. İşdəki təmas və əlaqələrdə fərqli istiqamətlər yarana bilər.
Hadisələri tələsdirməyin, aktual məsələlərin həllini sabaha saxlayın. Axşam saatlarında evdən çıxaraq əylənin, yaxşı emosional rəvanlığa nail olun.
Buğa - Titan və Avropanın münasibətləri bu günün asan olmayacağından xəbər verir. Baş verməsini istəmədiyiniz hadisələr yaşanacaq.
Həyatınızda önəmli olan insanlardan biri ilə münasibətlər gərginləşə bilər. Bəzi mühüm məsələlərə baxışlarınızı dəyişə biləcək olaylar baş verir.
Yeniliklərin sizi qəfil yaxalamaması üçün borcları ödəyin, vədləri yerinə yetirin. Ehtiyac hiss etsəniz, telefon zəngindən yararlanın, SMS yollayın. Günah hissi, peşmançılıq və zərərli vərdişi keçmişdə qoyun.
Əkizlər - Ay və Marsın münasibətləri sizdən baş verənləri qavramaq, təhlil etmək, nəticə çıxarmaq və yeni işlərə hazırlaşmağı tələb edir.
Yaxın ətrafınızdakı insanlarla əlaqələri gücləndirin. Qarşılıqlı dəstək, ümumi problemlər üzərində işlə məşğul olun. Münasibətlərin aydınlaşdırılmasına aludə olub maraqların toqquşmasına rəvac verməyin. Əks təqdirdə mövqelərinizi zəiflədə bilərsiniz.
Bəzi adətlərinizi saf-çürük edərək həyat qrafiki və iş rejiminə yeniliklər edin. Ünsiyyət və söhbətlər gün ərzində fərqli emosiyalar yaradacaq. Kimlərin yanında olmağı hiss edərək müəyyənləşdirin.
Xərçəng - Kallisto və Lisiteyanın münasibətləri sizdən ötkəm, amma həm də fəndgir və ağıllı davranmağı istəyir. Ətrafdakı insanların təhriklərinə və təxribatlarına aqressiv reaksiya verməyin.
Həyatınızda artıq əvvəlki vəziyyətdə qalması mümkünsüz olan insanlara və nəsnələrə layiq olduğu yeri verin. Kim və nə ilə vidalaşmağın gərəkdiyini təhtəlşüur olaraq müəyyən edin ki, başqa, daha vacib işlə məşğul ola biləsiniz.
Çətindir, amma vacibdir. Sizi narahat edən dəyişiyliklərə praktiki münasibət bəsləyin.
Son vaxtlara qədər fikirlərinizi məşğul edən münasibətlərdən romantika haləsi yoxa çıxa bilər. Yeni istiqamət seçmək üçün anı dəqiqləşdirin.
Axşam saatları dincəlin, kompüter qarşısında saatlarla vaxt keçirməyin.
Şir - Ay və Saturnun münasibətləri hələlik başa vurmadığınız işləri yeni mərhələyə keçirir. Gələn xəbərlərə, yaranan ideyalara həssas olun. İş təklifləri bol ola bilər. İzafi ünsiyyətlə özünüzü yormayın.
Fəqət, gələcəyiniz üçün hansı təmasların və görüşlərin önəmli olacağını dəqiqləşdirin. Tərəfdaş, dost, rəfiqə və ya şəriklə münasibətlərdə yeni, həssas ünsürlər müşahidə olunur.
Nəyi dəyişməli olduğunuzu, tərəfdaş və şəriklə işin keyfiyyətini artırmağın yollarını müzakirə edin.
Şəxsi münasibətlərdə də yenilənməyə ehtiyac var.
Qız - Tefeya və Oberonun münasibətləri sizdən yaranan təmayüllərə diqqətlə baxmağı tələb edir. İşdəki qaydaya riayət etmək çox mühümdür.
Yerdəyişmə, prioritet yenilənməsi mümkündür. Bütün bunlar yaxın gələcəkdə maraqlarınızı və işlərinizin istiqamətinizi müəyyənləşdirəcək. Diqqətli olun, hadisələrin arzuolunmaz məcrada inkişafına rəvac verməyin.
Münaqişəli situasiyalara qatılmayın, işdə həmkarlarınıza, evdə yaxınlarınıza təzyiq göstərməyin. Haqlı olsanız belə, səsinizi ucaltmayın.
Əhvalınız dəyişə bilər. Səhhətdə müəyyən problemlər, ağrılar istisna deyil.
Axşam saatı taym-aut, istirahət zamanıdır. Nəyisə köklü şəkildə dəyişməyə, yönləndirməyə və ya təcilləndirməyə çalışmayın.
Tərəzi - Günəş və Titan bu gün sizə yeni rol hazırlayıblar. Ola bilər ki, həmin işi görmək istəmirsiniz, amma nə etməli, iş sizi gözləyir.
Kiminsə təsiri və ya nüfuzu sizə planlarınızı reallaşdırmağa mane ola bilər. Narazılığınızı bərkdən izhar etməyin, amma baş verənləri də əsla unutmayın.
Tələsmədən hərəkət edin və mühüm sandığınız işi başa vurub maraqlarınızın tapdanmasına, nüfuzunuza zərbə dəyməsinə, gəlirin əldən çıxmasına imkan verməyin. Sərfəli olmayan işə, dəyərsiz adama və uğursuz layihəyə sədaqətli olmayın.
Bu ballastları unudun, irəliyə doğru hərəkətdə özünüzə könüllü maneələr yaratmayın. Qeyri-müəyyənlik vəziyyəti sizi sıxa bilər.
Batininizdə təkamülə nail olun, lazımsız ünsürlərdən qurtulun.
Əqrəb - Mars və Saturnun münasibətləri münasibətlərdəki yarımçıq mövzunu tamamlaşdırmaq, deyilməmiş sözləri demək məcburiyyəti yaradır.
Verdiyiniz vədləri xatırlayın. Çoxdan bəri başlamağa cürət etmədiyiniz və ya vaxt tapmadığınız işi görmək zamanıdır. Təmir və ya inşaat işi ola bilər.
Hansısa layihəni təkmilləşdirmək istəyirsinizsə, alınan informasiyaya bir daha nəzər salın.
Şəxsi münasibətlər ümumi məqsədlə bağlı müzakirələr, təfərrüatlı söhbət istəyir. Təzyiq etmədən təşəbbüs göstərin. Ətrafınızdakı insanların maraqlarını nəzərə alın.
Oxatan - Umbriel və Enseladın münasibətləri bu gün energetikanızı artıracaq. Müəyyən xəbər, görüş, mühüm danışıqla bağlı nigaranlıq var.
Yaxın iki günlə bağlı fəaliyyətinizi müəyyənləşdirin. Əsas orientirləri seçin, amma danışıqlar və sövdələşmələr aparmayın. Belə danışıqlar heç bir məna verən deyil.
Gün ərzində mövqeyinizdə dəyişikliklər olacaq. Yeni yaranan təfərrüatlar və agah olan həqiqətlər işlərinizə dəyişikliklər etmək zərurəti yaradacaq.
Aktiv olun, amma izafi riskə getməyin, əsəblərinizi gərməyin.
Oğlaq - Venera və Plutin bu gün batininizdəki təbəddülatdan qurtulmağı, yaxın gələcəkdəki fəaliyyətinizi nisbətən də olsa, planlaşdırmağınızı istəyir.
Nəyinsə yaşanacağını hiss etdiyiniz situasiyalarda sayıq və ehtiyatlı olun. Soyuqqanlı olun, emosiyalarınızı nəzarətdə saxlayın, yalnız işlə məşğul olun. Daxili gərginliklə tələbləri bir qədər azaldın.
Yaxın günlərin hadisələri sınaqdır. Bu sınaqlar yaxın ətrafınızdakı insanların əsl dəyərini üzə çıxaracaq.
Səhhətinizə fikir verin.
Axşam saatlarında gəzintiyə çıxsanız, pis olmaz.
Dolça - Andromeda və Ay bu gün sizə ilin ən mühüm hadisələrindən birini vəd edir. Bu olay yaşamınız üçün əhəmiyyətlidir. Köhnələn və gərəksiz roldan qurtulmaq istəsəniz, hissələrinizdə yenilənmə baş verəcək.
Münasibətlərə yeni məzmun vermək, sizi narahat edən məqamı dərhal çözmək gərəkdir.
Kəmhövsələlik nə işlərə, nə də münasibətlərə yaramayacaq.
Nədənsə imtina etmək, nə iləsə vidalaşmaq, hansısa situasiyada güzəştə getmək gərəkdir. Münasibətlərlə hissləri təmizləyin.
Balıqlar - Deymos və Fobosun münasibətləri sizə yeni hadisələr məcrası vəd edir. Tələsməyin, bu gün əsas məsələ yaşananlara hazır olmaq, prioritetləri müəyyənləşdirmək, ötənlərdə özünü doğrultmayan planlar və istəkləri unutmaqdır.
Kimsəyə heç nə borclu deyilsiniz. Yaxın ətrafınızdakı insanların istəklərini və gözləntilərini duyun. Münaqişə situasiyalarında eqoizminizə nəzarət edin, qarşı tərəfin fikrini nəzərə alın.
Qüvvənizin təbii həddindən kənara çıxmayın. Daha çox vitamin, təzə meyvə və tərəfəz yeməyə çalışın. Bu gün səhhətinizin möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə əl atın.
Milli.Az