23 May 14:22

Gəncə Mərkəzi Kitabxanasının oxu zalında teatrşünas-tənqidçi Anar Burcəliyevin sayca beşinci olan “Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim” adlı kitabının təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Türkiyənin Gəncədəki baş konsulunun köməkçisi Ramil İsmayılov, şəhər ziyalıları, ədəbiyyat, elm və sənət adamları iştirak ediblər.

Kitabın redaktoru, əməkdar artist Xəzər Gəncəli kitab haqda iştirakçılara geniş məlumat verib.

“Məqalələrim, resenziyalarım, oçerklərim və müsahibələrim” kitabı “Aytac Nəşriyyat Poliqrofiya” MMC-nin mətbəəsində çap olunub.


Müəllif: Mənsur Rəğbətoğlu