31 May 2019 10:03
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın bir neçə saytında oxudum ki, əfsanəvi Şeyx Şamilin sağ əli olmuş Hacı Muradın nəşi iyunun 2-də doğma kəndində basdırılacaq”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Hacı Muradın qəbri Azərbaycanın Qax rayonu ərazisindədir:

“Yolum Qaxa düşəndə Rusiya impreriyasına qan udduran qəhrəmanın qəbrini ziyarət edirəm. Ona görə də Rusiya saytlarının xəbəri mənim üçün maraqlı gəldi. Biz nəşin Dağıstana daşınmasına nə vaxt icazə verdik?

Əlbəttə, əgər Hacı Muradın nəslindən olan qohumları tarixi şəxsiyyəti doğma kəndlərində basdırmaq istəyirlərsə, buna normal baxıram. Sadəcə, 1852-ci ildə Hacı Muradın dəstəsini mühasirəyə alan ruslar onun başını kəsərək Sankt-Peterburqa aparıblar. Hacı Muradın başı indi də Sankt-Peterburqdakı muzeyin arxivində saxlanılır. Baş kəsmək qəddarlığın bir nümunəsidirsə, həmin başı uzun illər muzeyin tozlanmış arxivində saxlamaq bir başqa qəddarlıqdır. Ona görə də Hacı Murad İslam ənənəsinə uyğun olaraq başı ilə birgə basdırılmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər