Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu iyunun 3-də açıq elan ediləcək.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə media nümayəndələri üçün təlimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sənəd qəbulu iyunun 10-a kimi davam edəcək.
Nazirlik rəsmisi qeyd edib ki, müsabiqə isə iyunun 24-nə kimi olacaq: "İş yerini dəyişmək istəyən müəllimlərin test imtahanına gəlməsi və müsahibə prosesi olmur. Çünki müəllim hazırda işləyir və onu sorğu-sual etməyə ehtiyac yoxdur"./Report/