8 Sentyabr 2014 16:47
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tatarıstanın paytaxtı Kazanda XII Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresi keçirilib.

Fəlsəfə və Hüquq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirdə institutun böyük elmi işçisi Faiq Ələkbərov da iştirak edib. Kazan Federal Universitetində təşkil olunan beynəlxalq tədbirə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən də alimlər qatılıblar.

Konqresdə Faiq Ələkbərov “Türk fəlsəfəsi: tarix və çağdaşlıq” adlı məruzəsi ilə çıxış edib. O, türklük şüurunun fəlsəfi əsaslarının formalaşmasında cəmiyyətin ziyalı təbəqəsinin oynadığı roldan danışıb. Məruzəçi çıxışında türk ədəbiyyatı, tarixi və fəlsəfəsinə dərindən yiyələnməyin, türk mədəniyyəti ilə yaxından tanış olmağın türkçülüklə bağlı araşdırma aparan alimlər üçün nə dərəcədə önəmli olması məsələsinə toxunub.

NİGAR


Müəllif:

Oxşar xəbərlər