13 İyun 2019 17:44
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Bakıda təyinatı olmayan məscidlər demək olar kı, yoxdur. Bəziləri də var ki, sənədlərində müəyyən problemlər var. Çalışırıq ki, onlar da qanuni fəaliyyət göstərsinlər".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycanda insanların məscidlərə dini ayinlərdə iştirakı ilə bağlı monitorinq aparılır: "Aparılan monitorinqlər onu göstərir ki, Azərbaycan əhalisinin təxminən 7-8 faizi dini ayinlərini məscidlərdə icra edirlər. Bakının 134 məsciddə də aparılan monitorinq nəticələri də eyni statistikanı verir. Bu o demək deyil ki, ölkədə əhalinin dinə olan inancları fərqlidir və ya dini ayinləri icra etmir. İnsanlar dini ayinləri adətən öz evlərində edir və onların dini ayinlərin harada icra etməsi şəxsi seçimləridir. Burada heç bir məcburiyyət yoxdur və heç kim irad tuta bilməz".

Sədr qeyd edib ki, hazırda bütün məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi imamlar var: Vəhdət namazı qılınan məscidlərdə isə iki imam təyin olunur və onlar da növbəli şəkildə bu namazı həyata keçirir. Elə məscidlər var ki, orada imam, onun köməkçisi, və ya mütəvəlli var".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər