2019-cu ilin ölkə başçısı tərəfindən “Nəsimi İli” elan olunması ilə əlaqədar tədbirlər çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Nəsimidən Fizuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” adlı ədəbi-bədii gecə keçirilib.
Teleqraf.com xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Dini Araşdırmalar Mərkəzi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə eyni zamanda bu ilin əvvəlindən gənc şairlər arasında elan olunmuş şer müsabiqəsinə yekun vurulub və müsabiqənin qalibləri mükafatlandırılıb.
1-ci yer – Kamal Hüseynzadə, 2-ci yer – Vəlixan Abdullayev, 3-cü yer – Xəyal İsmayılov, eləcə də yaradıcılığı ilə fərqlənən Tahirə Bərraq, Əlhəm Hüseyzadənin adları elan edilib. Onlar iştirakçılar qarşısında öz şeirlərini oxuduqdan sonra mükafatlarla təltif olunublar.