23 İyun 2019 18:22
1 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadəyə imzalanmış gürcü dilində kitab aşkarlanıb.

Teleqraf.com-un məlumatına görə, kitabı Türkiyənin məşhur kitab kolleksiyaçısı Talat Öncü əldə edib.

1928-ci ildə Parisdə “Valantinei” nəşriyyatından çap olunan “Keçmiş və yeni miras” adlı kitabda yazar tərəfindən gürcücə “Məhəmmədəmin Rəsulzadəyə sayğılarımla” ifadəsi qeyd olunub.

Kitabın imzalanma tarixi 1/XI.1929-dur.


Müəllif: Dilqəm Əhməd