Uşaq pulunun bərpası ilə bağlı təkliflər hökumətə təqdim olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə ötən bazar günü İTV-nin yayımladığı “Diqqət Mərkəzi-Yekun” Tolk-Şousunda çıxış edən iqtisadçı alim Vüqar Bayramov məlumat verib.
Onun sözlərinə görə, təkliflər zamanla dövlət qurumlarına təqdim edilir: "Onların bir qismi sosial paketin bir elementi olaraq artıq qəbul edilib. Əmək haqqı və pensiyalarda artımın davam etdiyini nəzərə alsaq, biz pensiya amnistiyasının verilməsini təklif etmişik. Elə vətəndaşlarımız var ki, onların pensiya çıxış imkanlarında müəyyən çətinliklər var. Onlara amnistiyanın verilməsi və pensiyanın təmin edilməsinə ehtiyac var. Əmək haqqı artımları zamanı sektoral olaraq aşağı əmək haqqı alan sektorlarda daha çox artımların həyata keçirilməsinin tərəfdarıyıq. Nəzərə alsaq ki, rəsmi statistikaya görə Bakı və regionlar arasındakı əmək haqqı məbləğində iki dəfə yaxın fərq var, ona görə də əmək haqqı artımlarının ünvanlı olaraq daha çox regionları əhatə etməsinin tərəfdarıyıq. Eyni zamanda biz, beyin mərkəzi olaraq 17 yaşınadək olan uşaqlar üçün nəzərdə tutulan sosial ödənişlərin (uşaq pulu ) mərhələli şəkildə tətbiq olunmasının tərəfdarıyıq. Güman edirəm ki, sosial islahatların bir elementi olaraq mərhələli şəkildə Azərbaycanda uşaq pulunun bərpasını müşahidə edə biləcəyik.
Aşağıdakı linkə keçid etməklə çıxışla tanış ola bilərsiniz: