2 İyul 2019 19:43
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurasının yay sessiyasında ən maraqlı cəhətlərdən biri Rusiya nümayəndə heyətinin AŞPA-ya qayıtması idi. Hətta qırmızı xalı saldılar ki, onlar xalının üzərindən keçib zala daxil olsunlar. Rusiya nümayəndə heyəti alqış sədaları altında zala daxil oldular.

Bu sözləri Teleqraf.com-a hüquq müdafiəçisi Səidə Qocamanlı deyib.

O, bildirib ki, bu hadisə baş verəndə özü Avropa Şurasında səfərdə imiş: “Biz hamımız bilirik ki, nəyə görə Rusiya nümayəndə heyəti yenidən AŞ PA-ya dəvət edildi: “Bu onunla əlaqəli deyildi ki, Avropa Şurası Ukraynaya başqa gözlə baxdı, Krımın ilhaqını dəstəklədi. Əslində Rusiyanın yenidən AŞPA-ya qayıtması daha çox maliyyə ilə bağlı məsələ idi. Nəzərə alın ki, Rusiya Avropa Şurasına ən çox üzvlük haqqı ödəyən ölkələrdən biridir. Amma buna baxmayaraq Rusiya nümayəndə heyətinin yenidən AŞ PA-ya qaytarılması bu nonsens idi. Təbii ki, buna görə AŞ PA-da kimsə sevinirdi, kimsə narahat olurdu. Məsələyə digər konteksdən baxanda məlum olur ki, dünyaya demokratik dəyərləri aşlayan Avropa Şurası bu addımı ilə həmdə Krımın işğalının üzərindən xətt çəkdi”.


Müəllif: Cavad

Oxşar xəbərlər