3 İyul 2019 17:35
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsinə görə cəza müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olunur.

Dəyişikliklə məcəlləyə 391-1 (Xüsusi notarius işləmiş şəxs tərəfindən notariat hərəkətləri barədə sənədlərin dövlət notariat arxivinə təhvil verilməməsi) maddəsi əlavə edilir.

Yeni maddəyə əsasən, fəaliyyətinə xitam verilən xüsusi notarius tərəfindən aparılan notariat hərəkətləri barədə sənədlərin 1 ay müddətində dövlət notariat arxivinə təhvil verilməməsinə görə 300 manatdan 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Dəyişiklik layihəsi parlamentin növbədənkənar sessiyasının iyulun 9-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər