5 İyul 2019 19:36
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.

"Report"un əldə etdiyi məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib.

S.Əzimov bu təyinatək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

2019-ci il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub.

DİN-in Mətbuat xidmətindən faktı təsdiqləyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər