9 İyul 2019 10:50
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Bakı-Tiflis qatarında yaranmış problemin səbəbi məlum olub.

Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətindən (QSC) Axar.az-a verilən məlumata görə, hadisə gecə saat 23:20 radələrində baş verib:

"Ötən gecə saat 23:20-də dəmir yolunun Padar-Sığırlı mənzilində kontakt şəbəkəsində yaranmış nasazlıq nəticəsində qatarların hərəkətində ləngimə olub. Hərəkətdə olan 38/saylı Bakı-Tiflis sərnişin qatarı yolda qalıb. Qatar teplovoz dartısı ilə Sığırlı stansiyasına gətirilib və oradan təyinatı üzrə yola salınıb".

QSC-dən bildiriblər ki, hadisə nəticəsində Bakı-Tiflis sərnişin qatarının hərəkətində 2 saat gecikmə qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər