10 İyul 2019 13:53
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərsu" ASC Bakı və ətraf ərazilərdə subasma hallarının qarşısının almaq üçün yağış- kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

“Bakıətrafı kənd və qəsəbələrdə kanalizasiya sistemləri demək olar ki yoxdur. Mövcud kanalizasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Bakıətrafı kənd və qəsəbələrə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihələrimiz var. Bu istiqamətdə təkliflər hazırlanır. Yeni layihənin bu il reallaşdırılması planlaşdırılır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər