10 İyul 2019 15:20
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində müvəqqəti yaşayan Almaniya vətəndaşı Hayke Mökel Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, o, Nərimanov rayonunda yerləşən idman komplekslərindən birində ona məxsus içərisində 250 manat, şəxsi sənədlər və bankomat kartlarını naməlum şəraitdə itirdiyini bildirib.

Məlumat daxil olan kimi Nərimanov rayon Polis İdarəsi və 16-cı polis völməsi əməkdaşları tərəfindən görülən işlər nəticəsində əcnəbi vətəndaşın pul kisəsi içində olan əşyalar və pulla birlikdə qısa zamanda tapılaraq sahibinə qaytarılıb.

H.Mökel operativliyə və ona həyatı boyu unutmayacağı köməklik göstərdiklərinə görə polis əməkdaşlarına minnətdarlıq edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər