15 İyul 2019 20:09
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində bu ölkənin "ADA” və "Dialoq” televiziyalarında qonaq olub.

Teleqraf.com xəbər verir ki, F.Şahbazlı tanınmış televiziyalarda Azərbaycanın müasir inkişaf siyasəti, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu və bir sıra digər aktual mövzular ətrafında fikirlərini bölüşüb.

Fərid Şahbazlı eyni zamanda Azərbaycan-Türkiyə arasındakı tarixi dostluq, qardaşlı və strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkərək, Şimali Kiprin təhsil və turizm potensialının daha çox tanıdılmasına ehtiyac olduğunu vurğulayıb.


Müəllif: Teleqraf.com