Küləkli hava ilə əlaqədar “Azərenerji” ASC-nin elektrik stansiyalarında və yüksək gərginlikli ötürmə xətlərində heç bir problem yaranmayıb.
Bunu Teleqraf.com-a qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.
Onun sözlərinə görə, tələbata uyğun olaraq enerji istehsal olunur və ötürülür.
"Hava şəraiti ilə bağlı “Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri gücləndirilmiş iş rejimində çalışır", - deyə T.Abdullayev qeyd edib.