31 Avqust 2019 19:57
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumilikdə 5 dövlət orqanında 30 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 16-da elan olunmuş ümumi müsahibə davam edir.

Teleqraf.com DİM-ə istinadla xəbər verir ki, avqustun 31-i saat 17:05-dək olan göstəricilərə əsasən, müsahibədə iştirak üçün müraciət etmiş 56 nəfərdən 12-si uğur qazanıb. Onlardan 3 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 3 nəfər İqtisadiyyat Nazirliyində, 3 nəfər Maliyyə Nazirliyində, 2 nəfər Sumqayıt Apelyasiya Məhkəməsində, 1 nəfər isə Hesablama Palatasında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələr sentyabrın 9-da başa çatacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Maliyyə Nazirliyi (22 vəzifə) tərəfindən təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər