2 Sentyabr 2019 16:45
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri mətbuat konfransında Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, təsdiq olunan qaydalara əsasən, baza məbləği 200 manat olmaqla hər bir məhsul üzrə kənd təsərrüfatı məhsullarına veriləcək subsidiyaların əmsallarının müəyyən edilməsi üçün Aqrar Subsidiya Şurası yaradılıb:

“İşlər qrafikə uyğun olaraq davam edir. 2020-ci ildə subsidiyalarda şəffaflığın təmin edilməsi və dövlət büdcəsinə qənaət edilməsi təmin ediləcək. Bu, subsidiya sistemində inqilabi prosesdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər