4 Sentyabr 2019 12:32
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov Rayon Məhkəməsində “Sun Food” MMC-nin cərimə edilməsi ilə bağlı protokol üzrə qərar çıxarılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətə İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü maddəsinə əsasən protokol yazıb.

Qeyd edək ki, İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyəti nəzərə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Məhkəmənin qərarından verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

“Sun Food” MMC qida sektorunda aparıcı şirkətlər qurupu olan “Azərsun Holdinq”ə daxil olan şirkətlərdən bidirir.

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azərsun Holdinq” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər