“Apardığımız araşdırmalar göstərir ki, son vaxtlar yol-nəqliyyat hadisələrinin sayında azalma müşahidə olunur. Qəza hadisələrinin baş vermə səbəblərindən biri də sürücü diqqətsizliyi və piyada səhlənkarlığıdır. Bu nisbət 62 faiz təşkil edir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, yol-qəza hadisələri daha çox saat 18:00-dan 22 :00-a qədər və günün 00:00-dan sonrakı vaxtına düşür:
“Son vaxtlar yol-nəqliyyat hadisələrinin sayında azalma olsa da, araşdırmamız göstərir ki, avtomobil qəzalarının baş vermə səbəblərindən biri də sürücü və piyadalar arasındakı anlaşılmazlıqdır. Sürücülərin diqqətsizliyi və piyadaların səhlənkarlığı qəzalara səbəb olur.
Bu qəzalar 62 faiz təşkil edir. Qəzalar ən çox piyada keçidlərinin yaxınlığında baş verir”.