Fuad Qəhrəmanlının ReAL-la bağlı dediklərini onun vicdanına buraxıram. İnsan bu şəraitdə belə ReAL-a qarşı qarayaxma kampaniyası aparırsa, onun özünə ayıbdır. Bu məsələyə şərh vermək istəmirəm, hər şey gün kimi aydındır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında ReAl-ın İcra katibi Natiq Cəfərli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ReAL-çıların qızı Selcan Yağmurun emosional vəziyyətindən istifadə etdiklərinə dair iddialarına cavab verərkən deyib.
“AXCP-nin mətbuat katibi vəzifəsini indi icra edən Sevinc Osmanqızının verilişində açıqlamasını gördüm. İndiki vəziyyətdə belə özünün müdafiəsini ReAL üzərindən qurmağa çalışmaq absurddur. Artıq o şəxslə polemika aparmağı, ona cavab verməyi özümə yaraşdırmıram”, - deyə Natiq Cəfərli qeyd edib.